"Atam bu günümü görsəydi ürəyi partlayardı"


Şou-biznes 22 Sen 2021 16:30:00 88 0

"Atam bu günümü görsəydi ürəyi partlayardı"

Mərhum Siyavuş Aslanın 61 yaşlı oğlu Çingiz Aslan hazırki vəziyyəti ilə bağlı müsahibə verib.

Son.az Baku.TV-yə istinadən xəbər verir ki, hazırda evsiz qalan və küçələrdə yaşayan Çingiz atası ilə bağlı xatirələrini bölüşüb.

"Atamla münasibətim çox yaxşı idi. Qastrol səfərlərinə çox vaxt məni aparırdı. Deyirdi ki, gəl gör atan necə pul qazanır. Avtobusla ora-bura gedirdilər, çətin idi. Atam pulqazanan olub. Hərdən döyürdü, bir dənə vururdu bəs edirdi. Nə demişik atam edib. Düşünürdüm ki, hər zaman lüks həyat olacaq. İnanmazdım belə olacam".

Çingiz pis vərdişlərə qurşanmasından söz açıb:

"Pulu olmayan adamı saymırlar. Pul olanda yanına gəlirlər ki, bizimlə ol. Atam sağ olanda pis vərdişlərə qurşandım. Məni müalicə etdirdi. Heç vaxt işləməmişəm, atam məni saxlayıb. Atam bu günümü görsəydi ürəyi partlayardı. Yaxşı ki, görməyib".

O, atasından qalan bahalı evləri ucuz qiymətə satdığını deyib: