Ət kəsimi məntəqələri hansı tələblərə cavab verməlidir?


Digərləri 22 Sen 2021 15:36:00 142 0

Ət kəsimi məntəqələri hansı tələblərə cavab verməlidir?

Kəsim məntəqələri heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının həyata keçirildiyi məkan olduğundan xüsusi baytarlıq-sanitariya, sanitariya-gigiyena, eləcə də müasir tələblərə uyğunlaşdırılması vacibdir.

Son.az bildirir ki, bu barədə AQTİ-nin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili şöbəsinin müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Mehriban Bağırova açıqlama verib. Onun sözlərinə görə, emal hər bir heyvanın növünə uyğun və müəyyən ardıcıllıqla aparılmalıdır. Belə ki, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi kəsimdən qabaq saxlanma, kəsim, toplanma, bağırsaqların təmizlənməsi, ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə bölməsindən ibarət olmalıdır.

"Kəsimdən qabaq saxlanma bölməsində kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilməlidir. Kəsim bölməsi isə "çirkli zona" (qanın axıdılması, dərinin soyulması) ilə "təmiz zona"nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldığı məkandır. Burada su ilə yuyula bilən tullantıların axıdılıb, təmizlənməsi üçün münasib şərait yaradılır. Daha sonra təyinatından asılı olaraq subməhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı şəkildə toplanaraq bağırsaqların təmizlənməsi və ətin doğranıb qablaşdırılması bölməsinə yönləndirilir. Ət və ət məhsullarının keyfiyyətli saxlanılması üçün düzgün temperaturda və şəraitdə soyudulub, dondurulması şərtdir. Ona görə də ətin soyudulması bölməsində cəmdəklərin temperatur, hava cərəyanının sürəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddəti ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ət soyuducu və ya soyuducu kamerada +40° C-yə qədər soyudulmalı, dərin dondurucularda isə -180° C-də dondurulmalıdır. Subməhsullar da xüsusi ayrılmış soyuducu və ya soyuducu kamerada mümkün qədər tez soyudulub, saxlanmalıdır".

Mütəxəssis bildirib ki, quşların da emalı müəyyən ardıcıllıqla aparılmalıdır: