Ermənistan 10 dəqiqəsi 110 min dollara olan dron gətirtdi


Digərləri 22 Sen 2021 14:18:00 103 0

Ermənistan 10 dəqiqəsi 110 min dollara olan dron gətirtdi

Ermənistan rəhbərliyi ölkənin müstəqilliyinin 30 illiyi münasibətilə təşkil olunan bayram tədbirləri üçün Rusiyadan xüsusi dronlar sifariş verib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "168.am" saytı məlumat yayıb.

"Mənbələrdən əldə etdiyimiz məlumata görə, bu dronlar olduqca bahalıdır. Onların 10 dəqiqəlik icarə haqqı 110 min dollara başa gəlir", - məlumatda bildirilib.

Bundan başqa, bu dronları idarə etmək üçün də Rusiyadan heyət gətirilib.

Qəzet yazır ki, həmin mütəxəssislərin oteldə qalmaq haqqı və digər xərcləri də sifarişçi tərəfindən ödənilib.

Ümumiyyətlə, erməni mediası yubiley mərasiminə Ermənistan hökumətinin "səxavətlə" milyonlar xərclədiyini və indiki ağır iqtisadi şəraitdə bunun niyə edildiyinin anlaşılmadığını qeyd edib.