Şəhidə həsr olunmuş kitab təqdim edilib


Digərləri 22 Sen 2021 14:00:00 97 0

Şəhidə həsr olunmuş kitab təqdim edilib

Təqdimat mərasimində kənd ziyalıları, şəhidin doğmaları iştirak edib

Son.az Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi şəhidi Qamət Qurbanova həsr olunmuş kitabın təqdimatı olub. Təqdimat şəhidin dünyaya göz açdığı Ağsunun Keşdiməz kəndində baş tutub. Mərasimdə şəhidin doğmaları, kənd ziyalıları, gənclər iştirak ediblər. İştirakçılara şəhidin keçdiyi igidlik yolundan bəhs edilib. Müəllifi Abdulla Salqalanlı olan kitab ilk növbədə şəhidin valideynlərinə təqdim olunub. Mərasim iştirakçıları bu kitabın təkcə kəndin deyil, ümumilikdə respublika gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacağına inam ifadə ediblər. Şəhid valideynləri də mərasim iştirakçılarına və kitabın müəllifinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Qamət Şəmşir oğlu Qurbanov 2001-ci ildə Ağsuda dünyaya göz açıb. Elə doğulduğu Keşdiməz kəndində orta təhsilini alıb. 2019-cu ildən hərbi xidmətə yollanan Qamət Qurbanov Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da qəhrəmancasına şəhid olan Qamət Qurbanov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib.