Şəhid Vüsal Salamovun doğum günü idi


Digərləri 22 Sen 2021 13:24:00 96 0

Şəhid Vüsal Salamovun doğum günü idi

Vətən müharibəsi zamanı canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Vüsal Salamov olub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, şəhid Vüsal Salamov 1993-cü ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub.

Orta təhsilini 125 nömrəli tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 nömrəli  Uşaq İncəsənət Musiqi Məktəbində skripka sinfində təhsil alıb. Ali təhsilini də bitirdikdən sonra hərbiyə yolanıb. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub.

Vüsal Salamov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb.

Vüsal Salamov Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. Elə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Yaşasaydı bu gün doğum gününü qeyd edəcəkdi deyir anası. Lakin oğlu vətən yolunda canını fəda etdi.