Etna vulkanı yenə püskürdü


Digərləri 22 Sen 2021 13:18:00 115 0

Etna vulkanı yenə püskürdü

İtaliyanın Siciliya dasındakı Etna vulkanı yenidən fəallaşıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Odlu dağ üç saat ərzində kül və lava püskürüb. Onun püskürtüsü 9 min metr yüksəkliyə çatıb.

Qeyd edək ki, dəniz səviyyəsindən 3326 metr hündürlükdə olan vulkan üç həftə öncə aktivləşmiş və yerli sakinləri xeyli qorxutmuşdu.