Ukrayna prezidentinin müşavirinə suiqəsd olub


Dünya 22 Sen 2021 12:57:00 162 0

Ukrayna prezidentinin müşavirinə suiqəsd olub

Ukrayna prezidentinin müşaviri Segey Şefirə qarşı sui-qəsd törədilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxişi İşlər Nazirliyi bildirib.

Hadisə nəticəsində S.Şefirin sürücüsünün ağır yaralandığı deyilir. Hücum paytaxt Kiyev yaxınlığında qeydə alınıb.

Hazırda sürücü üç güllə yarası ilə reanimasiyaya yerləşdirilib. Müşavir özü xəsarət almayıb.