Bu bölgədə ciddi zəlzələ olacaq


Digərləri 22 Sen 2021 12:30:00 98 0

Bu bölgədə ciddi zəlzələ olacaq

Gələcəkdə bu bölgədə ciddi bir zəlzələnin olacağını gözləyirik.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin tanınmış mütəxəssisi Naci Görür ötən gün Malatyada baş verən zəlzələni şərh edərkən bildirib.

"Bu zəlzələ, ehtimal var ki, Malatya fay zonasında baş verib. Gələcəkdə bu zonanın kəsişməsində ciddi bir zəlzələ olacağını gözləyirik", - Görür vurğulayıb.

O qeyd edib ki, sözügedən bölgədə son zəlzələ 1893-cü ildə baş verib.