Azad olunmuş ərazilərin qazlaşdırılması konsepsiyaya uyğun olaraq aparılacaq


Digərləri 22 Sen 2021 12:04:00 112 0

Azad olunmuş ərazilərin qazlaşdırılması konsepsiyaya uyğun olaraq aparılacaq

İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması konsepsiyaya uyğun olaraq aparılacaq.

Son.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri "Yaşıl enerji zonası" elan olunub:

"Hazırda İdarələrarası Mərkəzin "Enerji təminatı" İşçi Qrupunda müxtəlif variantlar əsasında ərazilərin enerji növləri ilə təminatı üzrə təhlillər aparılır. Təhlillərin nəticəsinə uyğun olaraq "Yaşıl enerji zonası" konsepsiyası ilə əlaqələndirilməklə işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması barədə qərar verildikdən sonra müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacaq".