Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı


Digərləri 22 Sen 2021 12:09:00 153 0

Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu  jurnalistin qardaşı Rəşad Şükürov deyib.

O bildirib ki, jurnalistin vəziyyəti ağır stabildir: "Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün o, ECMO cihazına qoşulub"

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.