Bakıda ağır yol qəzası:


Digərləri 22 Sen 2021 09:16:00 126 0

Bakıda ağır yol qəzası:

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Həsən Əliyev prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - Dəmirova Cəmalə Mürşüd qızı və onun azyaşlı övladı, 2017-ci il təvəllüdlü Dəmirov Hüseyin Fərid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.