Bakıda qadını avtomobil vurub


Digərləri 22 Sen 2021 07:19:00 109 0

Bakıda qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda bir nəfəri avtomobil vurub.

Son.az APA-ya istinadən bildirir ki, qəza Hövsan qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Məmmədova Sevinc Azər qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.