Samsung yeni Galaxy Note hazırlayır


Digərləri 21 Sen 2021 22:45:00 258 0

Samsung yeni Galaxy Note hazırlayır

Ice Universe ləqəbli məşhur insayder Galaxy Note smartfon seriyasının ləğv olunması barəsində yayılmış məlumatları təkzib edib. Onun sözlərinə əsasən Samsung tərəfindən rəsmi bəyanatların olmamasına baxmayaraq şirkət artıq yeni nəsil Galaxy Note smartfonlarının hazırlanmasına start verib. İnsayder öz mənbələrinə istinadən bildirib ki, yeni Galaxy Note smartfonlarının mövcudluqları artıq təsdiqlənib. Qeyd etmək lazımdır ki, Samsung şirkəti Galaxy Note seriyasından imtina etməsi barəsində rəsmi bəyanat verməyib.

Lakin bu il şirkət yeni Galaxy Note modellərinin əvəzinə qatlana bilən Galaxy Z Flip 3 və Galaxy Z Fold 3 smartfonlarını təqdim etdi. Samsung hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu il yeni Galaxy Note modellərinin təqdim olunmamalarının əsas səbəbləri hal hazırda bazarda müşahidə olunan komponent çatışmazlığı və Galaxy Z seriyasında S Pen stilusunun dəstəyinin olmasıdır. Lakin qeyd etmək lazımdır ki, Samsung-un yeni qatlana bilən smartfonlarının komplektlərinə S Pen stilusu daxil deyil. Hal hazırda şirkət Galaxy S22 smartfon seriyası üzərində çalışır və onun təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır. Beləliklə Galaxy Note 22 seriyasının təqdimatı Galaxy S22-dən bir neçə ay sonra baş tuta bilər.