Perm qatilinin universitetdə qətliamının yeni görüntüləri yayıldı


Digərləri 21 Sen 2021 19:42:00 98 0

Perm qatilinin universitetdə qətliamının yeni görüntüləri yayıldı

Rusiyada universitetə silahlı basqın edən Perm qatili Timur Bekmansurovun cinayət anları ilə bağlı kadrlar paylaşılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, birinci videoda onun universitetə girməmiş hələ yolda ikən avtomobilə atəş açdığı görünür. Sürücü xəsarət almayıb.

İkinci videoda artıq onun universitetdə qətliam törətdiyi anlar əks olunub.

(Atəş açdığı anlar kadrdan çıxarılıb)

Xatırladaq ki, sentyabrın 20-də Timur Bekmansurov adlı tələbə Perm Dövlət Universitetinə silahlı basqın edib. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb. Atışma faktı ilə əlaqədar olaraq "iki və ya daha çox adamın öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.