Qazi və şəhid ailəsinin torpaq problemi


Digərləri 21 Sen 2021 17:44:00 141 0

Qazi və şəhid ailəsinin torpaq problemi

Bağ sahəsini başqa şəxsə icarəyə verən bələdiyyə məsələyə aydınlıq gətirdi

İndi nə edəcəkləri bilməyən bu şəxşlərdən biri Birinci Qarabağ müharibəsində şəhid olan Elşən Ərzumanovun qardaşı Vahid Ərzumanov, digəri isə Birinci Qarabağ müharibəsi qazisi Bəybala Əliyarovdur. Hər iki şəxş yerli bələdiyyə sədri Elçin Manafovdan şikayəçidir. Səbəbsə 17 il istifadələrində olan bağ sahəsinin bələdiyyə sədri tərəfindən başqa şəxsə icarəyə verilməsidir.

Son.az Real TV-yə istinadən bildirir ki, şikayətçi sakinlər deyir ki, 2004-cü ildə maddi imkanlarının aşağı olması səbəbi ilə ölkə başçısına icarəyə bağ sahəsi ayrılması üçün müraciət ediblər. Bu müraciət əsasında qeyd olunan ərazi onlara icarəyə verilib. Hətta bir neçə il icarə haqqı da ödəyiblər. Lakin sonrakı illərdə hər iki şəxsin həssas kateqoriyadan olması nəzərə alınaraq onlardan icarə haqqı alınmayıb. Beləliklə 17 il ərzində bağa qulluq etməklə ailələrini dolandırıblar. Lakin cari ilin iyul ayında xəbər tutublar ki, 2 il öncə bələdiyyə sədri seçilən Elçin Manafov bağ sahəsini Mais İsgəndərov adlı kənd sakininə icayə verib. Bu isə sakinlərin narazılığına səbəb olub.

İndi hər iki şikayətçi vətəndaşın bir istəyi var: İllər boyu qulluq edərək ailələrinin dolanışığını təmin etdikləri bağ sahəsinin geri qaytarılması.

Şəhid ailəsi və qazinin şikayəti ilə bağlı Alekseyevka bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədrinin müavini Behbud Məmmədov bildirdi ki, həmin ərazinin şikayətçi sakinlərin istifadəsində olmasından xəbərsiz olublar. Bu səbəbdən də torpağı hərraca çıxarıblar və hərrac zamanı 2 hektar 80 sot olan bağ sahəsi 49 il müddətinə illik 637 manata Mais İsgəndərova icarəyə verilib.