Hərbi qulluqçular arasında növbəti yarışlar keçirilir FOTO


Digərləri 21 Sen 2021 17:58:00 110 0

Hərbi qulluqçular arasında növbəti yarışlar keçirilir  FOTO

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.

Ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb edilən iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.