Düşmənin kabusuna çevrilən şəhidin döyüş yolu


Digərləri 21 Sen 2021 15:30:00 100 0

Düşmənin kabusuna çevrilən şəhidin döyüş yolu

44 günlük zəfər dolu ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Fərid Mövsümovdur. Kəşfiyyatçımız  ermənilərin xeyli sayda canlı qüvvəsini texnikası məhv edib. O, döyüşlərdə  qəhramanlıq göstərərək şəhadətə yüksəlib. Göyçayda adının əbədiləşdirməsi üçün adına küçə də verilib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Fərid Mövsümov 1987-ci ildə Göyçay şəhərində  anadan olub. Orta məktəbi bitirən Fərid həqiqi hərbi xidmətə yollanıb. Ötən il Tovuz hadislərində general Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq qeydiyyata düşüb. Sentyabrdın 27 də başlayan vətən müharibəsində ilk olaraq Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Fərid Mövsümov müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikası məhv edib. Daha sonra kəşfiyyatçı kimi öndə olub.

Oktyabrın 29  də aldığı ağır güllə yarasından elə himin gündə şəhadətə yüksəlib. Oktyabrın 30-u Göyçay şəhər şəhidlər xiyabanın torpağa tapşırılıb. Fərid hələn gənc yaşlarında ikən ata anasını itirdiyi üçün əmisinin və bibisinin himayəsində olub. Ötən gün həmdə şəhidimizin  ad günü idi. Bu səbəbdən qohumları, rayon əhalisi rayonda olan digər şəhidlərimizin valideynləri onun məzarını ziyət ediblər. 

Şəhidimizin doğum günü münasibəti ilə şəhər ərazısində adının əbədiləşdirməsi münasibəti ilə adına küçə verilib. Fərid Mövsümov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib.

Son.az