Sumqayıt sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayır


Digərləri 21 Sen 2021 15:00:00 108 0

Sumqayıt sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Sumqayıt sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayır.

Sumqayıt Şəhər Prokurorluğundan Son.az-a verilən məlumata görə, 2021-ci il iyunun 6-da şəhər sakini Vahid İmanlının almış olduğu xəsarətlər nəticəsində ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsi müəyyən edilib.

İlkin Muxtarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.