Bu gün görkəmli kinorejissor Əjdər İbrahimovun anım günüdür


Kriminal 20 Sen 2021 21:20:00 87 0

Bu gün görkəmli kinorejissor Əjdər İbrahimovun anım günüdür

Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Əjdər İbrahimovun vəfatından 28 il ötür.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.

Bakıya qayıtdıqdan sonra o, burada "İyirmialtılar" filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ali Səviyyəli Hibrid toplantısını keçirir  CANLI YAYIM like
  • 20 Sen 20:59  
Siyasət Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ali Səviyyəli Hibrid toplantısını keçirir CANLI YAYIM

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərcivəsind

arrow Ətraflı
Artıq ermənilər özləri də Azərbaycana qarşı cinayətlərini etiraf etməyə başlayıblar like
  • 20 Sen 20:54  
Siyasət Artıq ermənilər özləri də Azərbaycana qarşı cinayətlərini etiraf etməyə başlayıblar

Həm birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ermənilərin beyn

arrow Ətraflı
Aktrisanın dekolteli geyimi müzakirələrə səbəb oldu  VİDEO like
  • 20 Sen 20:48  
Şou-biznes Aktrisanın dekolteli geyimi müzakirələrə səbəb oldu VİDEO

Aktrisa Burcu Özberkin sonuncu paylaşımı gündəm olub.

arrow Ətraflı
Afətdən qalmaqallı açıqlama: “Söyüşün dozasını bir az da artırın” like
  • 20 Sen 20:42  
Şou-biznes Afətdən qalmaqallı açıqlama: “Söyüşün dozasını bir az da artırın”

"Qanunun şah olduğunu bir daha gördük. Məni hər axşam söyənlər, s

arrow Ətraflı
Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə kövrəldi  VİDEO like
  • 20 Sen 20:30  
Digərləri Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə kövrəldi VİDEO

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhi

arrow Ətraflı
Naxçıvanda “Sarsılmaz qardaşlıq2021” təlimi keçirilir like
  • 20 Sen 20:20  
Digərləri Naxçıvanda “Sarsılmaz qardaşlıq2021” təlimi keçirilir

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkda

arrow Ətraflı
Dünya Bankı Bakını niyə aldatmaq istəyib? like
  • 20 Sen 20:18  
Digərləri Dünya Bankı Bakını niyə aldatmaq istəyib?

Dünyanın ən mötəbər maliyyə insitutları sırasında yer alan Dünya Bank

arrow Ətraflı
Roza Zərgərlinin tapdığı cavan oğlan kimdir?  VİDEO like
  • 20 Sen 20:12  
Şou-biznes Roza Zərgərlinin tapdığı cavan oğlan kimdir? VİDEO

Azərbaycanlı müğənni Roza Zərgərli mərhum İlhamə Quliyevanın Rəş

arrow Ətraflı
Nazir xalqa yalan danışmağa borcludursa... like
  • 20 Sen 20:06  
Dünya Nazir xalqa yalan danışmağa borcludursa...

Son.az haqqın.az-a istinadən saytın yazarı Valeriy Kantorun məqaləsini d

arrow Ətraflı
Üç məşhur bu layihədə bir araya gəldi like
  • 20 Sen 20:00  
Şou-biznes Üç məşhur bu layihədə bir araya gəldi

Aktrisalar Şafak Pakdemir, Elçin Sangu və Ceren Moray eyni layihədə rol ala

arrow Ətraflı
Londonda meşəsi olan sabiq azərbaycanlı nazir like
  • 20 Sen 19:54  
Digərləri Londonda meşəsi olan sabiq azərbaycanlı nazir

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki,

arrow Ətraflı