Nazir xalqa yalan danışmağa borcludursa...


Dünya 20 Sen 2021 20:06:00 114 0

Nazir xalqa yalan danışmağa borcludursa...

Son.az haqqın.az-a istinadən saytın yazarı Valeriy Kantorun məqaləsini dərc edir.

İsrail əhalisi iki həftədir üzücü sualdan əziyyət çəkirdi - ölkənin ən qorunan və müasir türməsi sayılan "Qilboa"dan avqust ayında misilsiz qaçış etmiş 6 fələstinli məhbusdan son ikisi nəhayət nə vaxt ələ keçəcək.

Elə görünür ki, fələstinli məhbuslar Hollivud filmi olan "Şouşenkdən qaçış"a dəfələrlə baxıblar, çünki kinodramın qəhrəmanının planını dəqiqliyi ilə təkrarlayıblar.  Sadəcə əyilməz Endi Düfreyn illərlə divarı oyurdusa, fələstinlilər azadlığa aparan yealtı yolu ayaqyolu kabinələrindən birinin döşəməsindən açmışdılar: məhbuslar türmənin yeraaltı kommunikasiyalarının sxemini öyrənərək (sonralar məlum oldu ki, onu Google platformasından əldə etmək mümkündür), türmə divarlarının çölündəki sahəyə açılan kanalizasiya borularına çatıb və ondan təbii tunel kimi istifadə edərək əvvəlcədən iki dəstəyə ayrılaraq gözdən itə biliblər.

Fələstinlilər Endi Dyufrenin qəhrəmanlığını təkrar etdilər...

Əlavə etmək vacibdir ki, məhbusların hamısı, o cümlədən, "Əl-Əksa əzabkeşləri briqadası"nın Cenindəki keçmiş komandiri Zəkəriyyə Zbeydi, israillilərin ölümü ilə nəticələnmiş terror aktlarında iştiraklarına görə ömürlük həbs və ya uzunmüddətli cəzaya məhkum olunmuşdu və bu səbəbdən azadlıqda mülki əhali üçün real təhlükə sayılırdılar.

ŞABAS (İsrail türmələr İdarəsi) üçün həqarət olan bu tarixçə cəmiyyətdə güclü narazılıq dalğası yaratdı və bu, təəccüblü deyil: bu cür xətalar birbaşa dövlətin təhlükəsizliyi məsələlərinə bağlıdır.  Təsadüfi deyil ki, qaçanların axtarışı İsrailinin baş naziri Naftali Bennetin şəxsi nəzarətində idi.

Qaçanların əsas məqsədi təqibçilərdə şübhə doğurmurdu:  bir neçə saatlıq üstünlükdən yararlanaraq (qaçış təqribən gecə saat 1-də baş verib, detalların əksəriyyəti mətbuat üçün hələ də qapalıdır), onlar ya Livan ərazisinə keçməyə müvəffəq olmalı, ya da hansısa yolla Qəzza sektoruna çatmalıydılar. Onların qaçışını Qəzzada artıq avtomatlardan güllə qatarı, fişənglər və konfet paylamaqla bayram edirdilər.

Yeri gəlmişkən, fələstinlilər təqibin mümkün miqyaslarından xəbərdar olsaydılar, türmə ayaqyolunun döşəməsini bəlkə də xarab etməz və ən əsası, onların qaçışından sonra rejimləri sərtləşdirilən çoxsaylı kamera yoldaşlarının həyatlarını korlamazdılar.

Fələstinlilər dünyanın ən müasir və ən sərt rejimli həbsxanalarından birindən qaçmağa necə nail olmuşdular...

Gözlənildiyi kimi, 6 qaçqının axtarışı məsələsi polisin xüsusi bölmələri, ŞABAK-ın daxili təhlükəsizlik xidməti, sərhəd polisi və İsrail ordusunun döyüş bölmələri üçün peşəkar çağırışa çevrildi.

Nəticədə artıq üç gün sonra fələstinlilərin 4-ü yaxalandı və "Qilboa"ya qaytarıldı. Azadlıqda qalan iki nəfərin - Ayham Kamaci və Munadel İnfiatın axtarışlarına daha çox vaxt lazım oldu.