Bu kəndin şagirdləri təhsildən yayınır


Digərləri 20 Sen 2021 15:40:00 124 0

Bu kəndin şagirdləri təhsildən yayınır

Cəlilabad rayonu  Oğrubulaq kəndindəki  şagirdlər təhsildən yayınır. Kənd sakinləri iddia  edir ki, 4-cü sinifə getməli olan uşaqlar hərfləri belə yaza bilmir.sakinləri narahat edən digər bir məqam isə tikintisi   2020-ci ildə başa çatan  modul tipli  məktəbin qapılarının hələ də bağlı qalmasıdır. Alternativ variant kimi qonşuluqda yerləşən kənd məktəbi  təklif olunsa da, valideynləri  narahat edən başqa məqamlar da var.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu məktəblilər sinif üzü görmürlər.Buna  səbəb ötən il tikintisi başa çatan  modul tipli məktəbin istifadəyə verilməməsidir.

Cəlilabad rayonu  Oğrubulaq kənd sakinləri  deyirlər ki, uşaqları təhsildən yayınır..Uzun müddətdir bu kənddə məktəb olmadığından sakinlər rəsmi orqanlara müraciət ediblər.. Kənd sakinlərinin sözlərinə görə  2018-ci ildə Oğrubulaq kəndində  96 yerlik modul  tipli məktəbin tikintisi üçün 425 min manat vəsait ayrılıb. Sonradan bilinməyən səbəblərdən   məktəb qonşu  Fətullaqışlaq  kəndində tikilərək  istifadəyə verilib. 

Kənd sakini Babək Həsənov  deyir ki, müxtəlif  ünvanlara  yazılan şikayətlərdən sonra  kəndlərində  59 yerlik modul tipli məktəbin tikilməsinə  nail olublar. lakin  2020-ci ildə  tikintisi başa çatan məktəbin   qapıları hələ də şağirdlərin üzünə bağlı qalıb.

Sakinlər bildirir  ki, hər il onlara növbəti tədris ilində məktəbin istifadəyə veriləcəyi bildirilsə də tədris ocağının qapıları açılmır. Məcbur qalan valideynlərdən bəziləri  uşaqlarını  Fətullaqışlaq məktəbinə göndərir. Lakin valideynləri narahat edən başqa məqamlar da var.

Məsələ ilə bağlı Cəlilabad  Təhsil  Şöbəsindən bildirdiblər ki,Oğrubulaq kəndinin ərazisində sürüşmə olduğundan kənd sakinləri Fətullaqışlaq kəndinə köçüb.Bu kənddəki təhsil ocağına da  Oğrubulaq kənd orta məktəbinin adı verilib.Sonradan kənd sakinləri öz doğma yurdlarına geri qayıtsalar da Fətullaqışlaq  kənd məktəbinin adı dəyişdirilməyib.Yəni  Oğrubulaq kənd orta məktəbi adlı təhsil ocağı, uzun illər Fətullaqışlaq  kəndində  fəaliyyət göstərib..Yaranan bu anlaşılmazlığı ardan qaldırmaq üçün 2019-cu ildə Fətullaqışlaq  kəndindəki məktəbin adı dəyişdirilib.

Təhsil şöbəsindən o da bildirildi ki,yeni inşaa edilən Oğrubulaq kənd orta məktəbinin nə vaxt açılacağı isə hələ bilinmir.

Son.az