Rusiyada atışmada ölənlər arasında Azərbaycan vətəndaşı var? Rəsmi açıqlama


Digərləri 20 Sen 2021 15:22:00 158 0

Rusiyada atışmada ölənlər arasında Azərbaycan vətəndaşı var?  Rəsmi açıqlama

Rusiyada universitetdə atışmada ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil olmayıb və məsələni Azərbaycanın Rusiyadakı səfirliyi nəzarətdə saxlayır.

Qeyd edək ki, Rusiyanın Perm şəhərində universitetdə baş verən silahlı insident nəticəsində 8 nəfər ölüb, 10-dan çox yaralı olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.