Ermənistanda COVID19dan ölənlərin sayı 5143 nəfərə çatıb


Dünya 20 Sen 2021 15:28:00 132 0

Ermənistanda COVID19dan ölənlərin sayı 5143 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 342 yoluxma halı qeydə alınıb.

Son.az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 253 600 nəfərə çatıb.

Son sutka ərzində Ermənistanda COVID-19-dan 12 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5143 nəfərə çatıb.