"Krallıq etdiyim məkanları sevirəm"


Şou-biznes 20 Sen 2021 15:16:00 139 0

"Krallıq etdiyim məkanları sevirəm"

"Mən krallıq etdiyim məkanları sevirəm. Elə bir məkanda olmalıyam ki, orada lider mən olum və sözüm keçsin".

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Nisə Qasımova qatıldığı " Özəl" verilişində deyib.

"Əyləncəli şou proqramlara dəvət alırdım və bəzi aparıcılar məni sıradan bir müğənni kimi təqdim edirdilər. Bir xanımı səhnəyə dəvət edəndə onu seçməlidirlər. İstəməzdim yeni səhnəyə çıxan qadınların yanında mən "xanım" ifadəsi olmadan təqdim olunum", - xalq artisti deyib.