Qazi 13 ildir başındakı “Kalaşnikov” gülləsilə yaşayır


Digərləri 20 Sen 2021 11:46:00 260 0

Qazi 13 ildir başındakı “Kalaşnikov” gülləsilə yaşayır

Türkiyədə 19 sentyabr Qazilər Günü kimi qeyd olunur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu münasibətlə "Haber Global" onlardan biri olan Məhmət Əli Küpəli barədə süjet hazırlayıb.

Onun möcüzə nəticəsində sağ qaldığı bildirlib.

Küpəli 2008-ci ildə Diyarbəkirdə PKK terrorçuları ilə mübarizədə başından yaralanıb. Həkimlər "Kalaşnikov" avtomatından açılan və qazinin kəllə sümüyündə ilişib qalan gülləni tərpədmədən yerində saxlayıb.