Ağcabədi sakini qəribə vəziyyətlə üzləşdi Vaksin olundu, amma elektron sistemdə yoxdur


Digərləri 20 Sen 2021 11:40:00 109 0

Ağcabədi sakini qəribə vəziyyətlə üzləşdi  Vaksin olundu, amma elektron sistemdə yoxdur

Ağcabədidə yaşayan İbrahim Hüseynov adlı şəxs mayın 31-i və iyunun 30-da koronavirus əleyhinə peyvənd edilib. Vaksinasiya ilə bağlı ona verilən sənəddə hər iki dozanın vurulması ilə məlumatlar qeyd edilib. Amma müvafiq elektron sistemə peyvəndin 2-ci dozası ilə bağlı informasiya daxil edilməyib. Buna görə də vətəndaş qapalı məkanlara daxil olanda problemlə üzləşir. Peyvəndin vurulduğu xəstəxanadan məsələyə aydınlıq gətirilib

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirus əleyhinə peyvənd edilən şəxs qəribə vəziyyətlə üzləşib. 

Məsələ ondadır ki, Ağcabədidə müvəqqəti məskunlaşan Laçın rayon sakini İbrahim Hüseynova mayın 31-də COVID-19 əleyhinə vaksinin ilk dozası vurulub. Vətəndaş İyunun 30-da rayonun mərkəzi xəstəxanasında ikinci dozanı qəbul edib. Kağız daşıyıcıda olan sənəddə vaksinasiya ilə bağlı məlumatlar tam qeyd edilib. Amma müvafiq elektron portala ikinci doza ilə bağlı informasiya daxil edilməyib.

Müsahibimiz İbrahim Hüseynovun sözlərinə görə yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət edib. Amma problem aradan qaldırılmayıb.