ANASINI QƏTLƏ YETİRƏN, kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan


Digərləri 19 Sen 2021 18:45:00 181 0

ANASINI QƏTLƏ YETİRƏN, kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan

14 oktyabr 54-cü ildə adı qorxunun, dəhşətin, əxlaqsızlığın və özbaşınalığın simvolu olan Neron Romanın imperatoru oldu. Anası Aqrippina oğlu Neronu hakimiyyətə gətirmək üçün 54-cü il 13 oktyabrda əri - imperator Klavdiyi zəhərləyərək öldürmüşdü.

Son.az dəyərli oxucularına Klavdiyin yerinə hakimiyyəti zəbt edən Neron haqda bəzi maraqlı faktları təqdim edir.

İmperator Neron haqda inanılmaz qorxulu, insan əxlaqından hər cür kənar faktları oxuduqca normal insanın tükləri biz-biz olur. Kütləvi seks tədbirlərinin təşkilatçısı və iştirakçısı olan, anasını qətlə yetirən bu dövlət başçısının real hərəkətlərinin fonunda tarixin digər ən qorxunc hadisələri uşaq oyuncağı kimi görsənir...

1. Dindarlar məşəl qismində

Neronun fəaliyyətinin tərəflərindən biri ilk xaçpərəstlərin amansız təqibi olur. Bir sıra mötəbər mənbələr - dövrün filosofları Tatsıt, Svetoniy və Dion Kassiy öz qeydlərində bildirirlər ki, zülmkar imperator onları çarmıxa çəkir və hətta bədbəxtlərin üstünə xüsusi yanar məhlul tökərək onları yandırır, beləliklə bununla da, öz sarayının ətrafındakı bağları işıqlandırırdı...

Neron heç vaxt siyasət məsələlərində proqressiv rəhbər olmayıb. Romada Böyük yanğından sonra xalq onun idarəetməsinə qarşı etiraza başlayanda, imperator yanğında xaçpərəstləri ittiham etdi. Bununla da, qorxunc xristian edamları başlandı. Neron xaçpərəstləri xaça vurmağı və sonra diri-diri yandırmağı əmr edirdi. Məşəl kimi yanan insanlar imperatorun ziyafətlərində işıq mənbəyi olurdular. Qurbanların vəhşi fəryadlarının altında Neron öz qonaqları ilə mehriban söhbət edirdi.

Məhz onun siyasətindən apostollar Pyotr və Pavel zərər çəkiblər - onlardan birincisi başı aşağı xaçda çarmıxa çəkilir, ikincinin isə başı üzülür.

2. Olimpiya "çempionu"

Neronun daha bir həvəsi idman idi. Bu imperator indiyə qədər olimpiya qələbələrinin sayı üzrə dünya rekordunu saxlayır - o, 1808 olimpiya çələngi - indinin qızıl medalının ekvivalentini qazanıb. Necə? Saxtakarlıqla!

Tatsit yazır ki, arabalarla yarışların birində Neron öz rəqiblərinə 4 atdan istifadə etməyi əmr edir, amma sonra özü 10 at qoşulmuş arabada meydana çıxır. Böyük üstünlüyə baxmayaraq, Neron, finiş xəttini keçə bilməyərək arabadan yıxılır. Amma hakimlər yenə də onu qalib elan edirlər.

3. Nəhəng heykəlli eyş-işrət sarayı

Neronun əsas "nailiyyətlərindən" biri "Domus Aurea"nın tikintisi idi - bu sarayın oxşarını dünya heç vaxt görməmişdi - həzzlərin, kütləvi seks tədbirlərinin sarayı idi. Bu saray qızılla inkrustasiya edilmiş, sədəflər və fil sümüyü ilə bəzənmiş böyük bina idi. Qarşısında Neronun 37 metrlik heykəli qoyulmuşdu. Bu məkan orgiyaların, eyş-işrətlərin keçirilməsi üçün istifadə olunurdu.

Bildirildiyi kimi, sarayda insanlar tavandan onların üzərlərinə tökülən qızılgül ləçəklərinin altında kütləvi sekslə məşğul olurdular. Bütün bu dekadansı anlamaq mümkün olardı, əgər bir nüans olmasaydı: Neron öz ero-sarayını Romada baş verən Böyük yanğından dərhal sonra tikmişdi, halbuki bu vaxt insanlar ümidsiz idi və köməyə ehtiyac duyurdular. "Domus Aurea" onun eqoizminin simvolu kimi səciyyələndirilir. Tezliklə, Neronun ölümündən sonra saraydakı bütün qızıllar Roma vətəndaşları tərəfindən yağmalandı. Mənfur əxlaqsızlıq yuvası onun sahibi ilə birgə öldü...

4. Ağlasığmaz eyş-işrətlər