Siqaretdən asılılığı bu qidalarla azaltmaq olarmış...


Digərləri 19 Sen 2021 18:00:00 139 0

Siqaretdən asılılığı bu qidalarla azaltmaq olarmış...

Siqaretin sağlamlığıa olan mənfi təsirləri saymaqla bitmir. Xüsusilə tüstüsündə 4800-dən çox zəhərli və kanserogen maddələr var. Siqaret aslılığına görə, müxtəlif xəstəliklər, nəfəs sistemi xəstəlikləri, xərçəng və diabet kimi yoluxucu olmayan xəstəliklərə yol açar.

Bəs siqareti atmaq istəyənlər hansı qidalardan istifadə etməlidir?

Son.az həmin qidaları təqdim edir:

Kivi: Nikotini bədəninizdən atmağınıza kömək edər.

Zəncəfil: Ağciyərlərin təmizlənməsinə kömək edər və siqaret istəyini azaldar.

Kök suyu: Əgər siz siqaretdən aslısınızsa, nikotinin bədəndə 3 gün qaldığnı bilməlisiniz. Amma onun zərərlərinə qarşı kök suyundan istifadə edə bilərsiniz. Həmçinin, kök suyu dərinin yenilənməsinə kömək edər.

Gicitkən: Bol miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətli maddə tərkiblidir. Gicitkən sayəsində bədəninizdə yığılmış nikotindən qurtula bilərsiniz.