Ərbil dostuna ev hədiyyə etdi


Digərləri 19 Sen 2021 16:52:00 107 0

Ərbil dostuna ev hədiyyə etdi

Türkiyəli şoumen Mehmet Əli Ərbil dostu və eyni zamanda meneceri Stelyo Pipisə ev hədiyyə edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Pipis bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, hisslərini belə ifadə edib:

"Hər kəsin həyatında qəlbi və varlığı ilə böyük dəyər yaradan biri var. İllərdir birlikdə olduğumuz, birlikdə gülüb-ağladığımız uzun yol dostum. Çətin zamanda mənə ev hədiyyə edərək təkrarən məni özəl hiss etdirdi. Allah səni başımızdan əskik etməsin".