Su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün


Digərləri 19 Sen 2021 16:30:00 107 0

Su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün

İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir.

Son.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib.

Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür.

"Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır", - deyə ekspert qeyd edib.

O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar.

"Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər", - deyə o vurğulayıb.

Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir.