Rusiyada gündəlik yoluxma sayı 20 mini ötüb
Dünya 19 Sen 2021 16:07:00 127 0
Rusiyada son sutkada daha 20 174 nəfər COVID-19-a yoluxub.
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 274 928 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 793 nəfər artaraq 198 218-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 6 498 682 nəfər sağalıb.
Mənbə: milli.az