İran Azərbaycanla sərhəddəki təlimə


Dünya 19 Sen 2021 15:22:00 143 0

İran Azərbaycanla sərhəddəki təlimə

İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.

Son.az-a Musavat.com-a istinadla xəbər verir ki, hərbi təchizatlar arasında İran istehsalı olan "Tufan" zirehli hərbi maşını da gözə dəyib.

Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.