Türkiyə ordusu PKK terrorçularını məhv edib


Dünya 19 Sen 2021 11:06:00 109 0

Türkiyə ordusu PKK terrorçularını məhv edib

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.

Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.