Gürcüstanda son sutka COVID19a 1 501 yoluxma qeydə alınıb, 43 nəfər ölüb


Dünya 19 Sen 2021 10:54:00 80 0

Gürcüstanda son sutka COVID19a 1 501 yoluxma qeydə alınıb, 43 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 501 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 595 264 nəfərə, ölənlərin sayı isə 8 541 nəfərə çatıb. Virusa yoluxanlardan 559 996 (94%) nəfərin sağaldığı bildirilir.