Güclü sel rayonlarda ciddi fəsadlara yol açdı


Digərləri 19 Sen 2021 10:36:00 116 0

Güclü sel rayonlarda ciddi fəsadlara yol açdı

Qərb bölgəsində ötən gündən qeyri-sabit hava şəraiti hökm sürür. Tovuzun ucqar dağ kəndlərində  güclü külək,dolu, yağış və güclü sel təsərrüfata, əkin sahələri və evlərə ciddi ziyan vurub. Bu arada yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaş köməksiz vəziyyətdə qalıb

Son.az Xəzər TV-yə istinadən bildirir ki, asfalt örtüyü torpaq və qaya parçaları ilə örtülüb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Görüntülər Tovuzun ucqar dağ kəndlərinə gedən yoldandır.

Ötən gün axşam saatlarından başlayan güclü yağış selə səbəb olub. Nəticədə yol kənarındakı qayalıqlardan qopan daş parçaları və torpaq qatı yola tökülüb.

Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi yolların təmizlənməsi işini həyata keçirib. Əlverişsiz hava şəraiti elektrik və telekominikasiya xəttlərini də sıradan çıxarıb. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Əkin sahələrində yığılmayan məhsullar da selin altında  qalıb...

Kənd sakinlərinə məxsus iri və xırdabuynuzlu heyvanlar, ev quşlarının tələf olması da da selin törətdiyi fəsadlardan biridir. Güclü sel və külək nəticəsində rayonun Əsrik-Cırdaxan kəndi və Qəribli İnzibati Ərazi Dairəsində bir neçə kənddə fərdi yaşayış evlərinin dam örtüyü və hasarları dağılıb, sel evlərin içərisinə dolub. 

Bu arada yağan güclü leysan yağışları nəticəsində qusar rayonunun urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalıb

Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib. əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 şəxs, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.