Çində gəminin çevirilməsi nəticəsində 8 nəfər ölüb


Dünya 19 Sen 2021 09:54:00 118 0

Çində gəminin çevirilməsi nəticəsində 8 nəfər ölüb

Çinin Quyçjou vilayətində sərnişin gəmisinin çevirilməsi nəticəsində 8 nəfər ölüb, daha 7 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli KİV-lər xəbər verib.

Gəminin 40 sərnişin daşımaq üçün nəzərdə tutulduğu qeyd olunub. İlkin araşdırmanın nəticələri xilasedicilərin 39 nəfəri sudan çıxarmağı bacardığını göstərib. Onlardan səkkizi xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişiblər.

Daha yeddi sərnişinin taleyi hələki məlum deyil. Qəzanın səbəbləri barədə məlumat verilməyib.