Rusiyada seçkilərin sonuncu günüdür


Dünya 19 Sen 2021 09:24:00 130 0

Rusiyada seçkilərin sonuncu günüdür

Bu gün Rusiya Dövlət Dumasına seçkilərin sonuncu günüdür.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, seçki məntəqələri saat 08:00-dan 20:00-a kimi açıq olacaq. 

Sentyabrın 17-dən başlayan səsvermə ilə vətəndaşlar Dövlət Dumasına VIII çağırış deputatlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini seçirlər.

Qeyd edək ki, Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edir. Ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb. 

Son.az