Bütün dünyada uşaqlar kütləvi şəkildə yoluxmağa başlayıblar


Digərləri 19 Sen 2021 09:12:00 100 0

Bütün dünyada uşaqlar kütləvi şəkildə yoluxmağa başlayıblar

ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusu ilə kütləvi yoluxma hallarını qeyd ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ -da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.

Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.

Son.az