Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb


Digərləri 19 Sen 2021 09:06:00 101 0

Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb

Abşeron rayonunda üç minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda "Chevrolet", "VAZ" və "Daewoo" markalı üç minik avtomobili toqquşub. Nəticədə "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.