Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri


Digərləri 18 Sen 2021 23:55:00 111 0

Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri

Çillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir.

Bütün yay ayları ərzində dəridə qalan bu çillər payız və qış aylarında tədricən solurlar (bəzən isə tamamilə yox olurlar).

Çillər, adətən, saçları kürən (sarı-qırmızı) və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.

Çillər bir cox qadınlara xüsusi gözəllik verir. Buna baxmayaraq siz bu çillərdən qurtulmaq istəyirsinizsə, bizim məsləhətlərlə tanış olun.

Təəssüf ki, çillərdən tamamilə qurtulmaq mümkün deyil. Xüsusi krem və maskalardan istifadə etməklə (bu barədə aşağıda oxuya bilərsiniz) onları yalnız bir qədər şəffaflaşdırmaq (ağartmaq) və daha az nəzərəçarpan etmək olar.

Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olaraq heç kimə cazibə vermir. Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur. Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalır, melanosit hüceyrələri daha çox melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər. Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmaq əvəzinə, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır.

Üz, boyun, qol, çiyin nahiyələrinin dərisi daha çox hallarda "yanmalara" məruz qalır. Buna görə də bu sahələrin dərisinə yayda günəşdən qoruyucu kremlər sürtmək lazımdır. Yadda saxlayın ki, sağlam şəkildə qaralmaq üçün yalnız kölgəlikdə, tentin (günəşdən qoruyucu çətir) altında günəş vannaları almaq lazımdır. Günorta saatlarında açıq günəş şüaları altında qaralmağa cəhd edən kimi, dərinin "yanması" baş verir ki, bu da hətta bir çox illərdən sonra da dəridə piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır: hormonal dəyişikliklər, streslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi,  dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir. Bu ləkələrlə (xloazmalar) mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.

Rövnəq Abdullayev SOCARın Gürcüstandakı layihələrindən danışdı like
  • 18 Sen 23:54  
Digərləri Rövnəq Abdullayev SOCARın Gürcüstandakı layihələrindən danışdı

"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı, Azər

arrow Ətraflı
Nəfsiləvvamə insanı nələrə cəlb edər? like
  • 18 Sen 23:50  
Digərləri Nəfsiləvvamə insanı nələrə cəlb edər?

Əgər dünya və axirət saədətinə çatmaq istəyiriksə, gərək ruhumuz nu

arrow Ətraflı
Bakıda mənzildə meyit aşkar olunub like
  • 18 Sen 23:46  
Digərləri Bakıda mənzildə meyit aşkar olunub

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxas

arrow Ətraflı
Sızanaqlar niyə əmələ gəlir? like
  • 18 Sen 23:45  
Digərləri Sızanaqlar niyə əmələ gəlir?

Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tük

arrow Ətraflı
Britaniyada daha 30 min nəfərdə koronavirus aşkarlanıb like
  • 18 Sen 23:44  
Dünya Britaniyada daha 30 min nəfərdə koronavirus aşkarlanıb

Böyük Britaniyada son sutka ərzində 30 144 nəfər koronavirusa yoluxub. Bun

arrow Ətraflı
Türkiyədə bu gün koronavirusdan 221 nəfər ölüb like
  • 18 Sen 23:43  
Dünya Türkiyədə bu gün koronavirusdan 221 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.

arrow Ətraflı
Namazda qiyamın fəlsəfəsi nədir? like
  • 18 Sen 23:40  
Digərləri Namazda qiyamın fəlsəfəsi nədir?

Namazqılan namaz qılmaq üçün yerindən qalxar və təvazökarcasına və v

arrow Ətraflı
Evlilikdən 5 il sonra qadınlar xəyanət haqda düşünür like
  • 18 Sen 23:37  
Digərləri Evlilikdən 5 il sonra qadınlar xəyanət haqda düşünür

Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı

arrow Ətraflı
Səyyad Əlizadədən üzücü xəbər gəldi like
  • 18 Sen 23:35  
Digərləri Səyyad Əlizadədən üzücü xəbər gəldi

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şö

arrow Ətraflı
Hacıqabulda yük maşını yanıb like
  • 18 Sen 23:34  
Digərləri Hacıqabulda yük maşını yanıb

Hacıqabul rayonunda "Mercedes" markalı yük avtomobilinin kabinə hi

arrow Ətraflı
Evlilik imkanlı olmaq üçün zəmanət verir like
  • 18 Sen 23:20  
Digərləri Evlilik imkanlı olmaq üçün zəmanət verir

İslam dini evlənməyi müqəddəs bir əməl hesab edir. Lakin bu gün cəmiyy

arrow Ətraflı
Dodaqlar üçün olan maskalar və massaj like
  • 18 Sen 23:15  
Digərləri Dodaqlar üçün olan maskalar və massaj

Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vas

arrow Ətraflı
Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün like
  • 18 Sen 23:10  
Digərləri Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha

arrow Ətraflı
Sızanaqların müalicəsində xalq təbabəti üsulları like
  • 18 Sen 22:55  
Digərləri Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifad

arrow Ətraflı
Dini vəzifənin yerinə yetirilməsində təqaüdə çıxmaq yoxdur like
  • 18 Sen 22:50  
Digərləri Dini vəzifənin yerinə yetirilməsində təqaüdə çıxmaq yoxdur

Bir də ayılırıq ki, bir il də ömrümüzdən getdi. Heç indiyə qədər ö

arrow Ətraflı