Bakıda mənzildə meyit aşkar olunub


Digərləri 18 Sen 2021 23:46:00 120 0

Bakıda mənzildə meyit aşkar olunub

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasımda hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Pavloviç Valeri İvanoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.