Dodaqlar üçün olan maskalar və massaj


Digərləri 18 Sen 2021 23:15:00 117 0

Dodaqlar üçün olan maskalar və massaj

Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən istifadə etmək olar.

Bu vasitələrin köməyi ilə sizin dodaqlarınız daha təravətli,  möhkəm və gözəl olacaq.

- ½ çay qaşığı kəsmik və ya süzmə götürün, üzərinə 1 çay qaşığı yağlı qaymaq əlavə edin, qarışdırın və dodaqlarınıza çəkin. 15 dəqiqə keçdikdən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyin, üzərinə vazelin sürtün.

- 1 çay qaşığı xama bir neçə damcı limon şirəsi və bitki yağı ilə qatışdıraraq, dodaqlarınızın səthinə çəkin və 20 dəqiqə saxlayın.

- Çay ağacının yağı dodaq dərisinə qulluq edilməsi üçün çox yaxşı vasitədir. Dodaqlarda olan çatlara bu yağdan çəkə bilərsiniz. Dodaq dərisinə qulluq edilməsi üçün kiçik yaşıl çay paketindən də istifadə etmək olar. Bu çay paketini ilıq suda isladıb bir qədər sıxdıqdan sonra dodaq dərisinin zədələnmiş yerinə qoya bilərsiniz.

- 1 çay qaşığı kivini həmcins şəkil alanadək əzərək üzərinə 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Alınan qarışığı dodaqlarınıza çəkin və 10 dəqiqə saxlayın.

- Dodaqlarınıza bal çəkin və 20 dəqiqə saxlayın.