Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün


Digərləri 18 Sen 2021 23:10:00 98 0

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: "Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mən - Əmirəl-mömininəm. Mənəvi və maddi əmir, zahiri və batini əmir, cisim və canın əmiriyəm. Maddiyyatın fikrində bu qədər olmayın. Çünki bunların hamısı, hamısı məhv olacaqdır.

Baxmayaraq ki, siz bu malın, bu eyşin, bu vəzifənin sizi buraxmasını istəmirsiniz, ancaq o, sizi buraxacaqdır. Bu dünya cisimlərinizi cürüdər və torpaq edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, o, sağ olsun - bu dünya sizi qocaldar. Sizi zəiflədər və gücünüzü məhv edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, bu güc həmişə sizdə qalsın və günü-gündən təzələnsin. Küçədə sürətlə yol gedərkən, uzaqda olan nişanəni görürsünüz. Ancaq istəsəniz də, istəməsəniz də, yol gedərək ona çatacaqsınız. Bu küçə - həmin dünyadır. O nişanə - daş və o elm - əcəldir.

Zahiri cah-cəlala görə, izzət və ad üçün bir-birinizlə rəqabət etməyin, həsəd aparmayın. Dünyanın zinətinə və nemətinə görə heyrətlənməyin. Dünyanın qısa həyatının çətinliklərinə görə qüssə yeməyin. Bu zinət və izzət məhv olmağa üz tutub. Cavanlıq və gözəllik öz yerini qocalığa və iztiraba vermişdir. Çətinliklər tamam olar və aradan gedər. Bütün zamanlarda bu aləm və bu həyat sona tərəf hərəkət edər. Bütün canlılar cürüməyə tərəf gedər".

Bəli, Əmirəl-möminin (ə) bizə məsləhət görür ki, fani olan bu dünyaya bel bağlamayaq və bir neçə günlük dünyada şöhrət və ad-san qazanmaq üçün bir-birimizə həsəd aparmayaq və rəqabət etməyək. Əksinə saleh əməl görək ki, qəbir evində dadımıza çatsın.

Sızanaqların müalicəsində xalq təbabəti üsulları like
  • 18 Sen 22:55  
Digərləri Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifad

arrow Ətraflı
Dini vəzifənin yerinə yetirilməsində təqaüdə çıxmaq yoxdur like
  • 18 Sen 22:50  
Digərləri Dini vəzifənin yerinə yetirilməsində təqaüdə çıxmaq yoxdur

Bir də ayılırıq ki, bir il də ömrümüzdən getdi. Heç indiyə qədər ö

arrow Ətraflı
Saçların tökülməsi və onun səbəbləri like
  • 18 Sen 22:45  
Digərləri Saçların tökülməsi və onun səbəbləri

Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna

arrow Ətraflı
Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir like
  • 18 Sen 22:40  
Digərləri Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir

Əhli-Beytdən (ə) nəql edilir: "Dörd şey vardır ki, əgər hər kimd

arrow Ətraflı
Paşinyanın Gürcüstana qarşı qəfil isti münasibətinin like
  • 18 Sen 22:34  
Dünya Paşinyanın Gürcüstana qarşı qəfil isti münasibətinin

Paşinyan Tbilisi səfəri zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda

arrow Ətraflı
Amerikalı milyonçu özünü ələ verdi like
  • 18 Sen 22:32  
Digərləri Amerikalı milyonçu özünü ələ verdi

Amerikalı milyonçu Robert Derst sevgilisi Syuzan Bermanın qətlində təqsirl

arrow Ətraflı
ABŞÇin münasibətləri hara aparır  müharibəyə, yoxsa...? like
  • 18 Sen 22:31  
Dünya ABŞÇin münasibətləri hara aparır müharibəyə, yoxsa...?

Vaşinqton mövqelərini qorumaq üçün mümkün olan hər şeyi etməyə çal

arrow Ətraflı
Mutasiyaya uğramış koronavirus like
  • 18 Sen 22:28  
Dünya Mutasiyaya uğramış koronavirus

Merilend Universitetindən olan alimlər mutasiyaya uğramış koronavirusun hav

arrow Ətraflı
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb like
  • 18 Sen 22:27  
Digərləri Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentl

arrow Ətraflı
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub   FOTO like
  • 18 Sen 22:26  
Digərləri Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub FOTO

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət

arrow Ətraflı
Nəzəri və əməli ürfan like
  • 18 Sen 22:20  
Digərləri Nəzəri və əməli ürfan

Ürfan elə bir yoldur ki, haqqı istəyənlər ona qədəm basarlar ki, Haqqı

arrow Ətraflı
Tanınmış xəstəxananın rəhbəri dəyişdi like
  • 18 Sen 22:16  
Digərləri Tanınmış xəstəxananın rəhbəri dəyişdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirmə

arrow Ətraflı
Dodaqlara qulluq edilməsi like
  • 18 Sen 22:15  
Digərləri Dodaqlara qulluq edilməsi

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha h

arrow Ətraflı
Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır like
  • 18 Sen 22:10  
Digərləri Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır

\Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır

arrow Ətraflı
Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri like
  • 18 Sen 21:55  
Digərləri Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzi

arrow Ətraflı