Tanınmış xəstəxananın rəhbəri dəyişdi


Digərləri 18 Sen 2021 22:16:00 106 0

Tanınmış xəstəxananın rəhbəri dəyişdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. 

Son.az manset.az-a istinadən bildirir ki, bu barədə Fariz Babayev özü məlumat verib.

O, bildirib ki, bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Vüqar Qurbanov sentyabrın 16-da imzalayıb.  TƏBİB sədrinin əmri ilə bununla bağlı digər məsələlərin həlli "Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsinə tapşırılıb.

Fariz Hənifə oğlu Babayev - Azerbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, Nefroloq, M.Cavadzadə adına Respublika Urologiya Xəstəxanasının şöbə müdiri. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA - EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018"Tərəqqi Medalı" ilə təltif edilmişdir.

Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir.

1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır.

Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir.

1989-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.

1989-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.

1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.

Fariz Babayev 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə etmişdir. Hazırda Ə.Əliyev adına Az.DHTİ-nin hemodializ laboratoriyasının böyük elmi işçisi, 2003-cü ildən Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiridir.

2003-cü ildən başlayaraq Səhiyyə nazirliyinin rəhbərliyi ilə Azərbaycanda hemodializ xidmətinin yenidən qurulması və təşkilində böyük əmək sərf etmiş, hemodializ uzrə gənc kadrların praktik hazırlanmasında və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə instutuntn bazasında yaradılan nəzəri kursların tədrisində aktiv iştirak etmişdir. Hal-hazırda da ölkədə fəaliyyət göstərən 41 hemodializ mərkəzinin fəaliyyətinə öz diqqət və məsləhət-konsultativ köməyini əsirgəmir.

2006-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarı ilə "Xroniki böyrək catışmazlıgı" üzrə qəbul olunan və 2020-ci ilə qədər hər beş il üçün yenidən işlənən Dövlət Proqramının hazırlanmasında və tərtibində yaxından iştirak etmişdir. Hazırda doktorluq dissertasiyası elmi işini tamamlamışdır.

Dünya və Avropa Nefroloqlarının ABŞ, İspaniya, Çexiya, İtaliya, Fransa, Şotlandiya, Rusiya, Gürcüstan, Almaniya, Qazaxıstan. Honq-Qonq, Hollandiya, Türkiyə. Macarıstanda keçirilən konfrans və konqreslərinin iştirakçısıdır. 2009-cu ildə Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Cümhuriyyətində, 2010-cu ildə nefroloji və transplantoloji yardımın təşkili üzrə Almaniyanın Berlin şəhərində ixtisasartırma kurslarında olmuşdur.