Bu durumda olan insanlar ikiqat savab aparırlar


Digərləri 18 Sen 2021 21:40:00 127 0

Bu durumda olan insanlar ikiqat savab aparırlar

"(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər. (Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik"". ("Qəsəs" 54-55).

Abdullah ibni Məsud nəql edir ki, bir gün mən və beş nəfər səhabə Həzrət Peyğəmbərin (s) xidmətinə getmişdik. Bizə aclıq hakim olmuşdu və dörd ay idi ki, sudan, süddən və ağac yarpağından başqa heç nə yemirdik. Biz də bu halımızdan şikayət edəndə, Həzrət (s) bizə buyurdu: "Bunun fikrində olmayın ki, bir gün naz və nemət içində olacaqınız. Bəlkə səbir edin və Allaha şükür edin". Soruşdum: "Ya Rəsulallah! Sabirlər kimlərdirlər?". Buyurdu: "O kəslərdir ki, ibadətdə, itaətdə, Allahım əmrinə boyun əyməkdə və günahdan çəkinməkdə səbir edərlər. Ey İbni Məsud! Sabirlər təvazökar, vüqarlı, hüzurlu, təfəkkür əhli, mülayim və ədalətlidirlər. Bildiyini başqalarına öyrədər və ibrət alalarr. Uzaqgörəndirlər və təvqalı və yaxşı əməl sahibidirlər. Allah yolunda özlərini xərcləyirlər. Dostluq və düşmənçilikləri yalnız Allaha görədir. Əmanəti əda edir və hökm edən zaman ədalətə riayət edərlər. Əgər bir şeydən xəbərdar olsalar, şəhadət verərlər. Haqq əhli ilə həmkardılar. Günahkarın qarşısını alarlar və onlara zülm edənə güzəşt edərlər.

Ey İbni Məsud! Sabirlər o kəslərdir ki, əgər bəlaya düçar olsalar, səbir edərlər. Əgər onlara bir şey əta olsa, Allaha şükür edərlər. Danışan zaman düz danışarlar. Əgər söz versələr, ona vəfa edərlər. Əgər günah işlətsələr, istiğfar edərlər. Nə zaman xidmət etsələr, sevinərlər. "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).

"O kəslər ki, yalandan şahidlik etmir (yalan, ğina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər". ("Furqan" 72).

"Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər". ("Furqan" 64).

Ey İbni Məsud! And olsun Allaha ki, məni haqq olaraq məbus etmişdir! Bunlar sabirlərdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Mən Quran və başqa səma kitablarını ki, keçmiş peyğəmbərlərə nazil olmuşdur, qiraət etmişəm və sabirlərdən başqa heç kəsin behiştə girdiyini tapmamışam. Allah səbir nemətini bizə də mərhəmət etsin".

Bütün bunlardan məlum olur ki, səbir elə bir əməldir ki, savabı ikiqatdır. Allah həm bu fəzilətli əmələ görə savab verər və həm də səbirə görə.

Pisliyə yaxşılıqla cavab vermək.

u insanlar başqalarından eşitdikləri pis sözlərə yaxşı sözlə cavab verərlər. İnsanların nadan sözlərini səbirlə dəf edərlər. Altıncı İmam Həzrət Cəfər Sadiq (ə) buyurur: "Onlar nadan insanların əziyyətini mülayimlik, səbir və sevgi ilə özlərindən uzaqlaşdırarlar".

Mallarından infaq edərlər.

İnsanların əksər hissəsi belə düşünür ki, infaq ancaq o kəsə fayda verir ki, infaq etmisən. Halbuki əksinədir, ən böyük xeyir - onu infaq edənə şamil olar. İnsan o zaman ki, özünün ehtiyacı olduğu şeyi başqasının ixtiyarına verər, özündə Allah yaxınlaşma duyğusu hiss edər. Bu insan dünyadan uzaq olar. Ona görə də infaq onun mənəvi inkişafına səbəb olar.

Yersiz işlərdən uzaq olar.

Allah buyurur ki, o söz ki, sənə fayda verməyəcəkdir, ondan uzaq ol. Çünki bu yersiz sözlər səni kamala çatmaqdan saxlayar. Yersiz sözlərdən uzaq olmaq insan kəramətinin nişanəsidir. (Tebyan)

Allah Təala bizi ikiqat savab aparanların sırasında qərar versin.