Boyun və sinə nahiyələri üçün maskalar


Digərləri 18 Sen 2021 20:55:00 162 0

Boyun və sinə nahiyələri üçün maskalar

Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar.

Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.

- 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).

- 2 xörək qaşığı yağlı kəsmiyi 1/2 limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.

- Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.

- Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.

- Xırda-xırda doğranmış xiyarı parça üzərinə düzün və boynunuza dolayın. 20 dəqiqə uzandıqdan sonra onun qalıqlarını yuyun.

- 2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.