Şeytanla itin oxşar və fərqli cəhətləri


Digərləri 18 Sen 2021 20:40:00 136 0

Şeytanla itin oxşar və fərqli cəhətləri

Ariflər deyirlər: "Şeytan - Allahın itidir. Allah Təala onu xəlq və tərbiyə etmişdir ki, lazım olan zaman düşmənlərinə hücum etsin. Necə ki, insan iti əhliləşdirir ki, lazım olanda düşmənə hücum etsin, sahibinin malını və sərvətini qorusun. (Tebyan)

Bəli, Allah şeytanı yaratmışdır ki, hər kim itaəindən xaric olsa, şeytan da təlim görmüş it kimi onu tutsun və öz itaətinə salsın. Ona görə də hər kim İlahi vilayətdən xaric olarsa, şübhəsiz ki, şeytanın ordusuna daxil olar.

O zaman ki, bəndə günahına davam edər, Allah vilayətini onun üzərindən götürər. Sonra həmin insan şeytanın əsiri olar və zəlil olar. Ona görə də Quran buyurur: "O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər". ("İbrahim" 3).

Bu iki varlıq - itlə şeytan bəzi şeylərdə bir-birindən fərqlənirlər.

1. İtlər gündüzləri yatırlar, gecələri isə sahibinin malını qoruyarlar. Ancaq şeytan nə gündüz yatır və nə də gecə. O, bütün günü insanlara hücum edər.

2. İt sahibinin dostları ilə düşməni arasında fərq qoyur. Sahibinin dostlarına hücum etmir. Ancaq şeytan həm dostlara hücum edir, həm də düşmənlərə. Hər ikisinə əziyyət verər.

3. İt ev sahibinə hücum etməz. Lakin şeytan Sahibinə hücum etmişdir.

4. İtlər təvazökardırlar, özlərini üstün hesab etmirlər. Lakin şeytan Allahın buyurduğu kimi, təkəbbürlüdür.

5. İtlərin çoxlu uşaqları olur. Lakin çoxu ölür və ya öldürülür. Şeytanın da övladları çoxdur, lakin onlar sağ və salamatdırlar. Həzrət Peyğəmbər (s) buyurur: "Bir möminə hücum edən şeytanlar, ət parçasının ətrafını bürüyən arılardan çoxdur".

6. Hər kim itə çörək verər, it onunla dost olar. Lakin şeytana hər nə qədər sevgi göstərsən də, ram olmaz, əksinə düşmənçiliyi çox olar.

7. İtlər nəcis heyvanlardır. Lakin bəzi vaxtlar pak olurlar. O zaman ki, istihalə olur, yəni əvvəlki halı dəyişir, başqa bir şeyə çevrilir. Misal üçün duzluğa düşən it dəyişər və duzla qarışar və ya yanar, kül olar. Lakin şeytan heç bir zaman pak olmur. Hətta Qiyamət günü atəş belə onu pak edə bilməyəcəkdir.