Niyə D vitamini?


Digərləri 18 Sen 2021 20:25:00 148 0

Niyə D vitamini?

D vitamini - orqanizmdə kalsium və fosfor səviyyəsini tənzimləyərək diş, sümük və əzələ sistemində, xüsusilə, uşaqların fiziki inkişafı üçün önəmli əhəmiyyət daşıyan vitamindir.

Bundan başqa immun sistemində mühüm rol oynamaqla autoimmun və tənəffüs orqanlarının yoluxucu xəstəliklərinin qarşısının alınmasında iştirak edir. 

D vitamin defisiti nələrə yol açır? 

Təxmini hesablamalara görə dünyanın 1 milyard əhalisi D vitamini yetərsizliyindən əziyyət çəkir. Onların əksəri bunu hiss etmir, yəni asimptomatik keçirir. D vitamin defisitli uşaqlarda əsəbilik, fiziki geriləmə, sümük deformasiya və qırıqları, dişlərin çürüməsinə səbəb olur. Yaşlılarda əksiklik osteoparoza (sümük sisteminin dayanıqsızlığı), patoloji sınıqlara gətirib çıxarır. Uzun müddətli və çox miqdarlı vitamin əksikliyi yaşayan insanlar sümük, oynaq və əzələ ağrıları, əzələ dartılmaları, yorğunluq və halsızlıqdan şikayət edirlər . 

D vitamini və Covid-19 arasında əlaqə varmı? 

D vitamini virusların zərərsizləşməsinə səbəb olan bir çox maddələrin qanda titrini artıraraq insanın immun müdafiəsini gücləndirir. Bu fakt tibb elminə artıq məlumdur. Covid-19-la mübarizənin ilk vaxtlarından bu faktı əsas tutaraq araşdırmalara başlanmışdır. Kanada, Ingiltərə, Amerika, İspaniya xəstəxanalarında yatan koronaviruslu xəstələrdə D vitamininin səviyyəsi ilə bağlı araşdırma aparmışlar. Nəticələrə görə, ciddi Covid-19 inkişafı üçün zəminli risk faktorları ilə D vitamin defisiti arasındakı nisbətin eyni olduğu bildirilmişdir. Buna görə D vitamin yetərsizliyinin Covid-19 üçün risk faktoru olub-olmadığını söyləmək çətindir. Risk faktorlarına  yetərsiz qidalanma, diabet, qaraciyər və böyrəyin xəstəlikləri kimi əvvəllər mövcud olan sağlamlıq şərtləri daxildir. 

D vitaminini necə əldə etmək olar? 

Əsas 3 yolla əldə etmək olar: dəridən, qidadan və əlavələrdən.