İmişlidə bıçaqlandı


Digərləri 18 Sen 2021 19:41:00 108 0

İmişlidə bıçaqlandı

İmişli rayon sakini bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, İmişli sakini, 1992-ci il təvəllüdlü İsrafilov Dilqəm Ağa oğlu münaqişə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. D.İsrafilov yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl rayon ərazisində daha iki bıçaqlanma hadisəsi qeydə alınıb. Gecə radələrində Çaxırlı kəndində bıçqlanma nəticəsində həmin kəndin sakini həyatını itirib.