“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi


Dünya 18 Sen 2021 17:24:00 130 0

“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib.

Milli.az oxu.az-a isinadən xəbər verir ki, yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb.

Faktiki olaraq, "əxlaq polisi" kimi fəaliyyət göstərən bu orqan "Taliban"ın 1996-2001-ci illər hakimiyyəti zamanı da mövcud olub və əhaliyə qarşı zorakılığı ilə yadda qalıb.